20 Oktyabr 2017 18:29
2 666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur opera və vokal sənətçisi Oya Ərgün Muzey Mərkəzində Azərbaycan və türk rəssamlarının əsərlərinin nümayiş olunduğu "Rənglərin qardaşlığı" adlı sərginin açılışına qatılıb.

Teleqraf.com xəbər verir ki, gecədə konsert proqramı ilə çıxış edən Oya Ərgün populyar ifalarını səsləndirib, rəssamları təbrik edib:

"İncəsənət bütün xalqları birləşdirir. Sərgidə iştirak edən rəssamları təbrik edir və fəaliyyətlərində uğurlar arzulayıram..."

Qeyd edək ki, "Rənglərin qardaşlığı" adlı sərgi Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə baş tutub. Gecədə Yunus Əmrə İnstitutunun direktoru İbrahim Yıldırım, Balçova Bələdiyyəsinin mədəniyyət direktoru Tuğrul Kəskin, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və turizm müşaviri İrfan Çiftçi ilə yanaşı bir sıra millət vəkilləri və rəssamlar iştirak ediblər.

Xatırladaq ki, Oya Ergünü pianinoda Nərgiz Əliyeva müşayiət edib.


Müəllif: Şəfiqə