31 Oktyabr 2017 16:08
1 900
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İkinci pərdə” filminin rəsmi musiqisi təqdim olunub.

Teleqraf.com xəbər verir ki, musiqini Rövşən Nicat Ramiz Rövşənin “Dünya qəfil işıqlansa” şeirinə bəstələyib. Filmin rəsmi musiqisini ProMete və Rövşən Nicat ifa edib.

“İkinci Pərdə” filminin rejissoru Emil Quliyev, prodüseri isə Orxan Mərdandır. Filmin baş rollarında Hikmət Rəhimov, Günay Əhməd və Qorqud Cəfər çəkilib.

Qeyd edək ki, film noyabr ayının 16-sında təqdim olunacaq.


Müəllif: Teleqraf.com