5 Dekabr 2017 11:29
4 299
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrandan müayinə və müalicədən qayıdan tanınmış aşıq Azər Xanlaroğlunun səhhətində heç bir irəliləyiş yoxdur.

Bu barədə Teleqraf.com-a tanınmış aşıq özü məlumat verib.

Aşığın sözlərinə görə, hazırda özünü yaxşı hiss etmir:

“Ayağımda çirk var, yeriyə bilmirəm. Gərək yanımda adam ola, qolumdan tuta, addım atım. İran həkimləri dedilər ki, bizim müalicəmiz səni tam sağaltmayacaq. Tam sağalmağın üçün İsrailə getməlisən. Ora getmək üçün isə mənə külli miqdarda pul lazımdır. Buna nə mənim, nə də ətrafımdakı insanların gücü çatır”.

Azər Xanlaroğlu dərman qəbuluna davam etdiyini bildirib:

“Vallah, bezmişəm iynə-dərmandan. Dərmanların təsirindən son 45 gündə 20 kilo kökəlmişəm. İsraildə müalicə olunsaydım, bu xəstəlikdən birdəfəlik qurtulardım. Yoxsa ayağımın kəsiləcəyini dedilər. İnsan kimi yaşamaq istəyirəm. Dilənmək də istəmirəm. Kim kömək eləsə, Allah razı olsun. Yoxsa elə bu vəziyyətlə barışıb, ayaqlarımla vidalaşacağam...”

Qeyd edək ki, Azər Xanlaroğlu “Hepatit C” virusundan və damar genişlənməsindən əziyyət çəkir.


Müəllif: Xəzər Süleymanlı

Oxşar xəbərlər