“Aranfilm” Yaradıcılıq mərkəzi daha bir bədii sənədli filmin istehsalını bitirib.
Teleqraf.com xəbər verir ki, “Ölümündən sonra məhkəmə” adlanan film Azərbaycan cazının əfsanəsi, istedadlı saksafon, klarnet ifaçısı Pərviz Rüstəmbəyovun nakam taleyindən, günahsız yerə həbsi və ölümündən bəhs edir. Bədii sənədli filmdə, arxiv materiallarından, Pərvizin cinayət işindən istifadə olunub.
Ekran əsərinin dekabr ayında ilk baxışı keçiriləcək. Film Azad Şərifovun qəhrəman haqqında yazdığı məqalənin motivləri əsasında hazırlanıb.
Qeyd edək ki, filmin ssenari müəllifi və rejissoru Yeganə Əbdülməmmədovadır. Operatorlar Rafiq Əliyev və Habil Məmişov, montaj Pərviz Səlimov, bədii rəhbər Tahir Tahiroviç, filmin prodüseri isə İqbal Məmmədəliyevdir.