8 Fevral 2018 16:08
1 556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qalmaqallarla gündəmə gəlməyə can atan gənclər anlamalıdırlar ki, bu cür tanınmaq sabun köpüyü kimidir.

Bu sözləri Teleqraf.com-a xalq artisti Firəngiz Mütəllimova deyib.

Aktrisanın sözlərinə görə, sənətdə nüfuz qazanmaq üçün süni gündəmə ehtiyac yoxdur:

“Qalmaqallarla tanınmağa can atan gənclər bilməlidirlər ki, belə məşhurluq tez keçib gedəcək. Bu gün nəzərə çarpacaqsan, sabah yaddan çıxacaqsan. Yalnız sənətlə, zəhmət çəkməklə ucalmaq olar. Aktrisa kimi tanınıb sevilmək üçün illərlə çalışmalı, nələrisə qurban verməlisən”.

Səhhətindən də söz açan aktrisa baş ağrılarından şikayətlənib:

“2013-cü ildə beyin əməliyyatı keçirmişəm. Havalar dəyişəndə baş ağrılarım olur. Həkimin dediyi dərmanları vaxtlı-vaxtında qəbul edirəm. Yalnız dərmanlarla kifayətlənmirəm, yeməyimə, gündəlik istirahətimə də fikir verməli oluram”.


Müəllif: İradə Musayeva

Oxşar xəbərlər