Zen Film (Azərbaycan) və Alfeka (Türkiyə) şirkətininin birgə istehsalı olan “Adam” filminin istehsalatı başa çatıb. Film 1981-ci ildə Xəzər dənizinin yüksəlməsi nəticəsində adaya çevrilən Kürdilidə illərdir ki, tək yaşayan rus mənşəli azərbaycanlı Vitali Pronin haqqındadır.
Quruluşçu rejissoru Emil Əli, prodüsserləri Qan Turalı (Zen Film) və Ali Araz (Alfeka), icraçı prodüsseri Fuad Cəfərov olan “Adam” filminin çəkilişləri Neftçala rayonun Kürdili adasında, post-prodakşnı isə Türkiyədə həyata keçirilib.
“Adam” filminin müxtəlif festivallarda nümayişi nəzərdə tutulur.