28 Sentyabr 2018 09:44
4 293
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meyxanaçı Pərviz Bülbülə uzun müddətdir yataq xəstəsi olan meyxanaçı Ağakərimə ( Kərim Novruzov ) baş çəkib.

Teleqraf.com-un məlumatına görə, söz ustası həmkarının yaşadığı ünvana gedib və onun vəziyyəti ilə maraqlanıb.

Ustadla birgə şəkil çəkdirən Pərviz onu sosial şəbəkədəki səhifəsinə yükləyib. O, Ağakərimin vəziyyətinin normal olduğunu vurğulayıb.

Qeyd edək ki, meyxanaçı Ağakərimin 2017-ci ilin mart ayında beyninə qan sızıb və uzun müddətdir ki, bu xəstəlikdən əziyyət çəkir.


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər