2 Oktyabr 2018 15:30
2 480
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xeyli vaxtdır ki, yataq xəstəsi olan meyxana ustası Ağakərim (Kərim) Novruzov uzun fasilədən sonra efirdə qonaq olub.

Teleqraf.com-un məlumatına görə, oğlu ilə birgə “Bizimləsən” verilişinə qatılan söz ustası səhhətindən danışıb: “Allahın köməyi ilə yaşayırıq. Əsas odu nəfəs alırıq. Artıq 1 il 6 aydır yataq xəstəsiyəm. İlk üç ay çətin keçdi. Sonralar səhhətim müsbətə doğru getdi. Xəstəliyimin əsl səbəbi təzyiq və şəkər idi. Beynimə qan sızmışdı. Müalicəm hələ də davam edir.

Son vaxtlar başqa müalicə üsuluna keçmişik. Şükürlər olsun ki, düzəlirəm. Beynimə qan sızandan hərəkətim yoxa çıxmışdı, danışa da bilmirdim. Darıxmayın, inşallah, sağlıq olsun, gec də olsa görüşərik”.

Qeyd edək ki, meyxanaçı Ağakərimin ötən il martın 30-da beynə qansızma diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər