Türkiyənin paytaxtı Ankarada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi şərəfinə “Son iclas” filminin nümayişi keçirilib.
Teleqraf.com xəbər verir ki, qala gecəsinə rəsmi şəxslər, səfirlər, Türkiyə Böyük Millət Məclisinin üzvləri, Ankarada fəaliyyət göstərən beynəlxalq təşkilatların rəhbərləri və əməkdaşları, ictimaiyyət nümayəndələri, elm və mədəniyyət xadimləri, QHT və KİV təmsilçiləri qatılıblar.
Filmin nümayişindən əvvəl çıxışlar olub.
Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini əks etdirən film tamaşaçılar tərəfindən maraqla qarşılanıb.