13 Oktyabr 2019 18:21
1 110
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan səfirliyinin təşkilatçılığı ilə Bakıda modelyer Leyla Babazadənin “How art is solving problems” mövzusunda şəxsi kolleksiyasının nümayişi keçirilib.

Teleqraf.com xəbər verir ki, gənc modellər podiumda Leyla Babazadənin tikdiyi köynək və çantaların üzərində Yunanıstan səfiri Nikolaos D.Kanellosun çəkdiyi rəsmləri nümayiş etdiriblər.

Tədbirdə Leyla Babazadə Azərbaycanda yayılan dəbdən söhbət açıb. Bildirib ki, bu sahəni inkişaf etdirmək üçün peşə məktəblərinin yaradılması bacarıqlı mütəxəssislər yetişdirməyə təkan verəcək.

Modelyer toxuculuq sənayesinin inkişafından danışaraq yeni fabriklərin təsis edilməsinin vacib olduğunu da vurğulayıb.


Müəllif: Teleqraf.com