26 Oktyabr 2019 14:56
1 183
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Beynəlxalq layihələrdə tez-tez çəkilirəm. Hazırda Hindistan filmində oynayıram. Qazaxıstana səfərim gözlənilir. Mənə sual veriləndə niyə xalq artisti deyilsən, cavab verirəm ki, beynəlxalq artistəm. Təbii ki, bu bir zarafatdır".

Bu sözləri Teleqraf.com-a açıqlamasında Akademik Rus Dram Teatrının aktyoru, Teatr Xadimləri İttifaqının üzvü Rüfət Nəzər deyib.

O, Azər Paşa Nemətovun yenidən Teatr Xadimləri İttifaqına sədr seçilməsinə də münasibət bildirib:

"Hazırda ölkəmizdə islahatlar gedir. Maaşlarımız da artıb. Əslində, Azər müəllimin ünvanına nə isə demək istəmərəm. O, çox hömətli və bacarıqlı insandır, sənətkardır.

Ola bilər ki, bəzi şeyləri bilmir. Məsələn, mənə bir neçə gün öncə keçirilən Teatr Xadimləri İttifaqının konfransına dəvətnamə gəlməyib. Amma təqdim edilməli idi. Çünki Teatr Xadimləri İttifaqının fəal üzvüyəm.

Mən Azərbaycanın Fəxri Mədəniyyət işçisiyəm. İttifaqın əvvəlki konfransında iştirak etmişəm. Bu dəfə nədənsə yaddan çıxdım. Ola bilsin ki, dəvətnamə gəlib, teatrda mənə çatdırmayıblar.

Amma yeni baxışlar lazımdır, modernləşməliyik. Əslində bilmirəm ki, Azər Paşa müəllim xaricə gedib, yeniliklər gətirib, tövsiyyə edib, konfranslar keçirib, yoxsa yox. Baxmayaraq ki, Teatr Xadimləri İttifaqının üzvüyəm, xəbərim yoxdur..."


Müəllif: Rəqsanə Həsənova