29 Oktyabr 2019 22:50
974
12 Punto 14 Punto 16 Punto 18 Punto

Akademik Milli Dram Teatrının 100 illik münasibəti ilə sözügedən mədəniyyət ocağında tədbir keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə giriş sözünü Azərbaycan Akademik Milli Dram Teatrının bədii rəhbəri, Azər Paşa Nemətov açıb.

O teatrın tarixi haqqında danışıb: "Bu gün bayram deyil, ruh, gerçəklik günü, doğum günüdür. 100 il əvvəl 1919-cu ildə Cümhuriyyət qurucuları təhsil, səhiyyə və mədəniyyət sahəsinə də böyük töhfə veriblər. O cümlədən pərakəndə balaca teatr truppaları teatr kimi birləşdirilib və dövlət statusu verilib. Həmin gündən də teatrın tarixi başlayıb və Yaxın Şərqdə, regionda ilk mədəniyyət ocağı olub. Bu zaman kəsiyində çox ağır illər keçib və böyük uğurlara imza atılıb.Teatr 1919-cu ildə dövlət statusu aldıqdan sonra "Azər və baycan" adlı ilk tamaşa ilə fəaliyyətinə başlayıb".

Onun sözlərinə görə, Adil İsgəndərov, Tofiq Kazımov, Hüseynağa Atakişiyev, Həsənağa Turabov, Əlabbas Qədirovun böyük xidmətləri olub: "1969 -cu ildə teatrımızın sevimlisi, əzizimiz Heydər Əliyev hakimiyyətə gəldi və teatrla sıx bağlı oldu. Bütün premyeralara gəlirdi, işçilərlə təmasda, dialoqda olurdu. Onlara mənzil, fəxri adlar və mükafatlar verib. Bu gün biz çox sevinirik ki, ulu öndər Heydər Əliyevin yolunu bizim hörmətli prezidentimiz İlham Əliyev davam edir və çox işlər görür. Azərbaycanın bir çox teatrları əsaslı təmir edilib, bütün avadalıqlarla təmin edilib. Maaşların, fəxri adların verilməsi, ordenlərin təqdim edilməsi, prezident təqaüdü heç vaxt bizdən əsirgənməyib. Teatrımızın 100 illik sərancamı ilə prezidetimiz İlham Əliyev mədəniyyətimizi, tariximizi yaşadır".

Tədbirdə çıxış edən Mədəniyyət Naziri Əbülfəz Qarayev bildirib ki, Azərbaycan teatrı 147 illik tarixi ərzində cəmiyyətin mənəviyyatının bir hissəsi olub və bu duyğular dəyişilmədən bu gün də bizimlə yaşamağa davam edir: "Azərbaycan Cümhuriyyətinin tarixində çoxsaylı qətiyyətli və lazımlı qərarlar və qurumlar yaradılmışdı. Bu qərarlar bu gün də müstəqil Azərbaycanın dövlət idarəetmə sisteminin təşkilində böyük rol oynayıb. Ordu və parlamentimiz yaradıldı. Cümhuriyyətin daha bir böyük uğuru dövlət səviyyəsində teatr yaradılması oldu. 24 oktyabr 1919-cu ildən Azərbaycan teatrının yeni tarixi başladı. Nə gözəl ki, müstəqil Azərbaycan bu tarixi yaşadır və daha uca zirvələrə aparır. Son illərdə Prezident İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyevanın səyləri sayəsində Azərbaycan teatrı intibah dövrünü yaşamaqdadır. Bu il fövqəladə bir il oldu, onun əhəmiyyəti ondan ibarətdir ki, teatrlara yeni nəfəs verildi, onların yeni yaradıcılıq mühiti formalaşdı. Çünki teatrın birdən-birə cəmiyyətdə yeni siması göründü. İnanırıq ki, növbəti illərdə teatrın inkişafı daha parlaq və yüksək olacaq".

Əbülfəz Qarayev sonra AzərbaycanPrezidentinin Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyi münasibətilə teatr əməkdaşlarının təltif edilməsi haqqında sərəncamını təqdim edib.
Təntənəli yubiley gecəsi Mədəniyyət Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının və Akademik Milli Dram Teatrının təşkilatçılığı, Azərbaycan Dövlət Teatr Muzeyinin dəstəyi ilə baş tutub.

Yubileydə teatrın tarixinə nəzər salınıb, keçdiyi sənət yolu haqqında video-çarxlar nümayiş olunub, dünya teatr xadimləri və rejissorların – Aleksandrinski Teatrının Bədii rəhbəri Valeri Fokinini, Bolqarıstan Milli Teatrının direktoru Marius Donkinin və bir çox qonaqlar iştirak ediblər.


Müəllif: Rəqsanə Həsənova