24 Mart 2021 21:56
2 585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın kətan üzərində ən böyük rəsmi Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki “Leila Heller” qalereyasında 62 milyon dollara satılıb.

Teleqraf.com xəbər verir ki, Dubay auksionunda 62 milyon dolara satılan rəsm onu ən bahalı sənət əsərləri sırasına salıb.

İngilis rəssam Saca Cafri bu əsəri ilə Cef Kuns, David Hokni və rəqəmsal sənətçi Biiplidən sonra yaşayan ən bahalı dördüncü sənətçi oldu.

"İnsanlığa Səfər" (Journey of Humanity) təxminən dörd NBA basketbol meydançasının ölçüsündədir. Müəllif əsəri COVID-19 epidemiyasından təsirlənən uşaqlara pul toplamaq məqsədilə çəkib. Tamamlanması 7 ay çəkən rəsm 17 min kvadrat metr ölçüdədir.

Kətan üzərində işlənən dünyanın ən böyük sənət əsəri Ginnesin Rekordlar Kitabı rekordunu əlində saxlayır.

Cafri kətanın bir-birinə bağlı dörd hissəyə bölündüyünü, birincinin "Dünyanın ruhu"nu təmsil etdiyini, digərlərinin isə təbiət, insanlıq və daha geniş kainatı ifadə etdiyini söyləyib.

Satışdan əldə olunan gəlirlər “Dubai Cares”, “UNICEF”, “UNESCO” və “Global Gift Foundation” daxil olmaqla müxtəlif xeyriyyə təşkilatlarına köçürüləcək.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər