Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, əməkdar artist Yadigar Muradovun vəziyyəti ağırdır.
Teleqraf.com xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Aktyorun koronavirusa yoluxduğu deyilir.
Yadigar Muradov 1958-ci ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olub. 1980-ci ildə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirib.
1990-cı ildə Şuşa Dövlət Musiqili Dram Teatrı yaradılandan bu mədəniyyət ocağının direktorudur.