25 Oktyabr 2021 00:57
2 907
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirin İsmailiyə şəhərində 21-ci Beynəlxalq Folklor Festivalının açılışı mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, 8 ölkənin folklor nümunələrinin – mahnı və rəqslərinin təqdim edildiyi festivalda ölkəmizi “Cəngi” estrada və folklor ansamblı təmsil edir.

Misirin mədəniyyət naziri İnas Əbdel Dayimin dəstəyi ilə keçirilən festivalın açılış mərasimində iştirakçı ölkələrin folklor qrupları öz ölkələrinin bayraqları ilə İsmailiyə şəhərinin Məhəmməd Əli meydanından keçiblər. Mərasimi İsmailiyə qubernatoru Şərif Fəhmi Bişər, tədbirə dəvət olunmuş ölkələrin səfirliklərinin nümayəndələri izləyiblər.

Festival çərçivəsində İsmailiyə şəhərinin müxtəlif meydanlarında Azərbaycan, İordaniya, Meksika, Sudan, Nepal, İndoneziya, Konqo və Fələstin, habelə Misirin 17 vilayətinin folklor qruplarının konsertləri olacaq.


Müəllif: Teleqraf.com