5 Aprel 2022 10:56
4 526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktyor Hikmət Rəhimov “Çılpaq” adlı tammetrajlı bədii film çəkib.

Teleqraf.com xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat verib.

Bu gün doğum gününü qeyd edən aktyor arzusunu gerçəkləşdirdiyini bildirib: “Yadımdadır, Vaqif İbrahimoğlu bir gün mənə belə bir sual verdi: "Səncə, niyə insanın doğum günü iç halı birtəhər olur?". Biz bu barədə xeyli söhbət etdik. İndi o söhbəti danışıb sizləri yormaq istəmirəm. Amma hər doğum günündə Vaqif müəllimin sualı yadıma düşür. Ruhu şad olsun!

35 yaşımda arzularımdan biri də öz tammetrajlı filmimi çəkmək idi. Tanrıya şükürlər olsun ki, bunu komanda halında edə bildik.

36 yaşımda özümə arzum, gözümü açıb hər gün gördüyüm əzizlərimi sağ-salamat və mehriban görməkdir”.

Filmin posterini paylaşan aktyor bildirib ki, filmdə son tamamlanma işləri gedir: “Film və yaradıcı heyət haqqında yaxınlarda ətraflı paylaşım edəcəm”.

Aktyor filmin həm də ssenari müəllifidir. Baş rollardan birini aktyor Rasim Cəfər canlandırır.


Müəllif: Nərmin

Oxşar xəbərlər