31 Avqust 2022 09:59
2 227
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Emin Ağalarov Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında ilk dəfə olaraq konsert verəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə ifaçının özü məlumat yayıb.

Müğənninin sözlərinə görə, onun çıxışı Kəlbəcərdə yerləşən hərbi hissədə baş tutacaq.

“Konsert əsgərlərimizin əhval-ruhiyyəsini dəstəkləmək üçün keçirilir. Biz bunu çoxdan etmək istəyirdik, sadəcə əvvəllər ora getmək təhlükəli idi və bizə icazə vermirdilər”, - Emin deyib.


Müəllif: Teleqraf.com