4 Dekabr 2022 23:55
2 504
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bazar günü Gürcüstanın paytaxtında Tiflis Beynəlxalq Film Festivalı açılıb. Bu barədə tədbirin təşkilatçıları məlumat verib.

Teleqraf.com xəbər verir ki, açılış zamanı polşalı rejissor, Avropa Kino Akademiyasının prezidenti Aqneşka Hollandın “Qaret Cons” filmi nümayiş olunub.

Festival Amirani kinoteatrında keçirilir. Tədbir çərçivəsində həm gürcü, həm də avropalı rejissorların onlarla filmi nümayiş olunacaq və dekabrın 11-dək davam edəcək.

2022-ci ildə müsabiqə proqramında yalnız gürcü filmləri - bədii və sənədli, tam və qısametrajlı filmlər iştirak edir. Bu festivalda ilk dəfə olaraq “Oskar” mükafatına namizəd olan filmlərdən ibarət ayrıca proqram olacaq.


Müəllif: Teleqraf.com