Qanunsuz silah gəzdirdiyi üçün 27 ay azadlıqdan məhrum edilmiş Kaliforniyanın 32 yaşlı sakini bu günlərdə azadlığa buraxılıb.
Teleqraf.com xəbər verir ki, polis Ceremi Miksin təqsirləndirilən şəxs qismində fotosunu sosial şəbəkələrdə paylaşandan sonra məhbus fenomenə çevrilib.
Evli və iki uşaq atası olan Miks azadlığa buraxılan kimi modellik fəaliyyətinə başlayıb. O, artıq ilk fotolarını İnstaqram səhifəsində paylaşıb. Miksin meneceri bildirib ki, brend firmalar və reklam agentliklərindən sifarişlər alıblar.
Ayxan