“Facebook” sosial şəbəkəsi şərhlərə video yerləşdirmək funksiyasını istifadəçilərin ixtiyarına verib. Bu barədə şirkətin bloqunda deyilir.
Teleqraf.com “ICTnews”a istinadən xəbər verir ki, layihə rəhbəri Bob Bolduinin məlumatına görə, yeni servislə bağlı ideya bu ilin fevralında 50-ci “Hackathon” tədbiri zamanı yaranıb. Şərhlərə videonun əlavə edilməsi sosial şəbəkənin brauzer versiyasında, eləcə də “Android” və “iOS” əməliyyat sistemləri üçün əlavələrdə işləyir.
Yeni funksiya son vaxtlar vizual xidmətlərə daha çox diqqət yetirən “Facebook”un inkişaf istiqamətinə uyğundur. “Multimedia Posts” və “Live Video” servisləri ilə yanaşı, şirkət iyunda istifadəçilər üçün dairəvi panoramları dərc etmək imkanı təqdim edib.
“Cisco Visual Networking Index” proqnozuna görə, 2020-ci ilədək internetdə bütün istifadəçi trafikinin 82 faizi videonun payına düşəcək. Həmin müddətdə internetdə hər ay ötürüləcək bütün videolara baxmaq üçün istifadəçiyə təxminən 5 milyon il lazım olacaq.