Yaponiyanın Toyota şirkəti avtomobillərdəki hava yastığında aşkarlanan qüsurlar üzündən 1,43 milyon maşını geri alıb.
Teleqraf.com xəbər verir ki, şirkət 2008-2012-ci illər arasında istehsal edilən Prius Hibrit, Prius Plugin və Lexus CT200h model avtomobillərini satışdan yığışdırmalı olub. Onların 743 mini Yaponiya, 495 mini Şimali Amerika, 141 mini Avropa, 9 mini Çin və 46 mini digər ölkələrin payına düşür.
Toyota qüsurla bağlı ağır fəsadların baş vermədiyini bəyan edib. Bu günə qədər Toyota hava yastığında qeydə alınan qüsurlara görə, ümumilikdə 100 milyon avtomobili geri çağırıb.
Ayxan