Sentyabrın 24-də RR hərrac evi Böyük Britaniya şahzadəsi Çarlzla Diananın toyundan olan şəkilləri satışa çıxaracaq.
Bundan öncə mətbuatda paylaşılmayan bu şəkilləri 29 iyul 1981-ci ildə kraliça 2-ci Yelizavettanın əmisi oğlu və istedadlı fotoqraf Patrik Liçfild çəkib. Müqəddəs Pavel kilsəsində çəkilən bu fotoların arasında səhnələşdirilmiş heç bir protokol şəkli yoxdur. Lord Patrik Liçfild paparazzi rolunda çıxış edərək kral ailəsini və Bukinqem sarayındakı toplantıları çəkib.
Hər bir şəkilin təxmini qiyməti 1000-2000 dollar arasındadır. "Bir-iki il öncə biz şahzadə Diananın bir şəklini 18 min dollara satdıq, odur ki, bu şəkillər də böyük məbləğ satılsalar, təəccüblənməyəcəm", - deyə RR Auction House-un icraçı vitse-prezidenti Bobbi Livinqston bildirib.