4 İyul 2016 08:52
563
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Kasperski laboratoriyası" mobil qurğuların pul tələb edən viruslara yoluxması hallarının kəskin artımı haqda məlumat verib.

1 ildə “Kasperski Laboratoriyası”nın məhsulları tərəfindən aşkar edilmiş belə virusların sayı 4 dəfə (35.4-dən 136.5 minədək) artıb.

Teleqraf.com “ICTnews”a istinadən xəbər verir ki, bir qayda olaraq belə zərərli proqram qurğunun tərkibini şifrləyir və məlumatları deşifr edən kod üçün pul tələb edir. Başqa bir variant əməliyyat sisteminə və ya onun əsas funksiyalarına girişin tam bloka salınmasıdır.

Almaniya, Kanada, Böyük Britaniya və ABŞ-da “Android” mobil sistemli qurğularına “Kasperski Laboratoriyası”nın məhsullarını quraşdırmış istifadəçilər əksər hallarda belə virusların qurbanına çevrilirlər.


Müəllif:

Oxşar xəbərlər