4 İyul 2016 22:16
840
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Eurovision-2016" mahnı müsabiqəsində "1944" mahısı ilə qalib olan Ukrayna gələn il keçiriləcək müsabiqə üçün məkanın olmadığını bildirib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Ukraynanın mədəniyyət naziri Yevhen Nyschuk "Beynəlxalq yarışmanı qarşılayacaq məkanımız yoxdur. Müsabiqə üçün yeni məkan inşa etdirəcəyik. Ukrayna NSC Olimpiya stadionu var, amma mahnı müsabiqəsi keçiriləcək sahənin bir damının olması lazımdır. Bununla yanaşı stadion çəkiliş avadanlıqları üçün uyğun deyil" deyə qeyd edib.

Stokholmda keçirilən "Eurovision-2016" mahnı müsabiqəsinin qalibi Camala 534 bal ilə ölkəsinə qalibiyyət gətirib. Rəqsanə

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər