13 İyul 2016 08:35
939
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avtomatik silinən foto və video funksiyası sayəsində uğur qazanmış “Snapchat” messenceri yeni funksiyasını elan edib. Tezliklə mobil proqramda çəkilmiş şəkli yadda saxlayan və daha əvvəl çəkilmiş şəkilləri paylaşmağa imkan verən “Memories” funksiyası istifadəyə veriləcək.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən xəbər verir ki, istifadəçilər ilk dəfə istənilən, həmçinin kənar mobil proqram tərəfindən çəkilmiş foto və videoları paylaşmaq üçün “Snapchat” proqramından istifadə edəcək. Əvvəllər yalnız “Snapchat” proqramında çəkilmiş şəkli paylaşmaq mümkün idi.

Xatırladaq ki, cari ilin mayında “Snapchat” messenceri “App Annie” analitik firmasının “iOS” mobil əməliyyat sistemi üçün ən populyar proqramlar reytinqində birinci olub. “App Annie” firmasının məlumatına görə, “Snapchat” əvvəlki kimi yeniyetmə və gənclərin (13- 24 yaş) arasında populyardır. Bununla belə, son 12 ayda sözügedən proqramın populyarlığı 25-44 yaşlı istifadəçilərin sayəsində artıb.


Müəllif: