31 İyul 2016 19:37
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada şəxsi həyatını karyerasından üstün tutan kişilər də var.

25 yaşlı milyonçu - Qarrett Gi bütün həyatını səyahətlərdə keçirmək üçün şirkətini satmaq qərarına gəlib. İndi o, bütün həyatını ailəsi ilə birlikdə səyahətlərdə keçirir.

Garrett bütün bu müddət ərzində axtarış sistemləri ilə məşğul olub. Sonra o, öz şirkətini “Snapchat” kompaniyasına 54 milyon dollara satıb. Firmadan başqa, oğlan vəsaiti bankda saxlamaq üçün bütün maşın və sair əmlakını da satmaq qərarına gəlib. Bundan sonra Qarret uşaqları və həyat yoldaşı ilə altı aylıq səyahətə yollanıb.

Qarrett məqsədini belə izah edib: "Həyat yoldaşımla bir-birimizə daha yaxın olmaq; bu həyatda qarşımıza çıxan insanlar üçün daha yaxşı dost olmaq; xeyirxahlıq və ehtiras dolu həyat yaşamaq; adi hadisələrdə xoşbəxtliyi tapmağı bacarmaq; ağlını və ürəyini dünyaya açmaq, təbiətini və dünyanı sevmək; ömür boyu bizimlə qalacaq xoş təəssüratlar toplamaq üçün səyahətə çıxmağa qərar verdik".

Onlar hazırda Sakit Okeanın cənub qurşağını demək olar ki, keçiblər. Fici, Havay adalarında, Avstraliya, Yeni Zelandiya və Tailandda olan cütlüyün nəzərdə tutulan 6 aylıq səyahəti 9 aya qədər uzanıb. Amma onlar bundan qətiyyən məyus deyil. Milyonçu instaqram bloqunda bidirib ki, onlar bu səyahəti həyat boyu davam etdirmək niyyətindədir. Cütlük iddia edir ki, hər şeydən əvvəl xoşbəxtlik haqqında öyrənmək lazımdır: "Biz hiss edirik ki, şəxsi evimizi tikməzdən və ya almazdan biz həyat və xoşbəxtlik haqqında daha çox şey öyrənməliyik”. Cütlük onu da etiraf etdi ki, imkan daxilində ucuz biletlər almağa çalışır və sadə otellər bron etdirir.

Fotolardan görünür ki, hələ ki, məktəbə getməyən uşaqları macəra dolu həyat tam qane edir. Xoşbəxtliyi ən xırda məsələlərdə görməyi bacaran bu ailə həqiqətən də layiqli nümunədir.

Qeyd edək ki, Gee ailəsinin instaqramda “The Bucket List Family” (Ailənin bu həyatda öğhdəsindən gəlməli olduğu siyahı) adlı bloqu da çox məşhurdur./publika.az/



25 yaşlı milyonçudan inanılmaz ADDIM: ailəsini pula... - FOTOLAR
25 yaşlı milyonçudan inanılmaz ADDIM: ailəsini pula... - FOTOLAR
25 yaşlı milyonçudan inanılmaz ADDIM: ailəsini pula... - FOTOLAR
25 yaşlı milyonçudan inanılmaz ADDIM: ailəsini pula... - FOTOLAR
25 yaşlı milyonçudan inanılmaz ADDIM: ailəsini pula... - FOTOLAR


Müəllif: