2 Avqust 2016 08:52
447
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Securitylab" nəşri yazır ki, mütəxəssislər "Apple" şirkətinin mobil qurğulardan istifadə edənlərin hesab məlumatlarının ələ keçirilməsi üçün nəzərdə tutulmuş fişinq hücumunu qeydə alıblar. Cinayətkarlar xüsusi yaradılmış fişinq və ya müdaxilə olunmuş qanuni sayta keçidi özündə saxlayan "SMS" mesaj yayırlar. Tədqiqatçıların məlumatına görə, təqribən 7500 "iPhone" və "iPad" sahibi cinayətkarların qurbanı olub.

"ICTnews" Elektron Xəbər Xidməti macdigger.ru saytına istinadən xəbər verir ki, guya "App Store" administrasiyası tərəfindən göndərilmiş mesaj istifadəçini hesabının müvəqqəti bloklanması və girişin bərpası üçün qeydiyyat məlumatlarını daxil etmək haqda məlumatlandırır. Əks-təqdirdə hesab birdəfəlik bloklanacaq. Göndərilmiş xəbərdarlıqda, həmçinin "Apple" saytında müvafiq səhifəyə istinad yerləşdirilib. Ancaq istinada keçid etdikdə istifadəçi qeydiyyat məlumatlarını daxil etmək üçün saxta formadan ibarət səhifəyə girir.


Müəllif:

Oxşar xəbərlər