5 Avqust 2016 08:52
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhlükəsizlik məsələləri üzrə ekspertlər "Windows 10 Anniversary Update" adlı ən yeni yeniləmə paketində ilk dəfə 1997-ci ildə təsvir edilmiş təhlükəli boşluğu aşkar ediblər. Təhlükəsizlik sistemində boşluq sayəsində hakerlər istifadəçilərin məlumatlarına müdaxilə edə bilir.

Teleqraf.com "ICTnews"a istinadən xəbər verir ki, fayl, printer və başqa şəbəkə resurslarına uzaq məsafədən giriş üçün tətbiq edilən "Server Message Block" ("SMB") şəbəkə protokolunda boşluq qeydə alınıb. Sözügedən boşluq hakerlərin sistemə müdaxilə etməsinə, "Microsoft" hesabı üçün loqin və parolu ələ keçirməsinə imkan verir.

Əvvəllər sözügedən boşluğa ciddi əhəmiyyət verilmirdi. İndi daha çox insan "Microsoft" hesabından istifadəyə əsaslanan məhsullardan istifadə edir. Ekspertlər məlumat veriblər ki, "Chrome", "Firefox" və digər populyar brauzerlər bu problemdən sığortalanıb.


Müəllif:

Oxşar xəbərlər