“AR Designs Canada” şirkəti tərəfindən ağacdan qutu formasında hazırlanmış enerjidoldurma qurğusu smartfon və planşetləri enerji ilə simsiz doldurur. Amma ağac qutu elektromaqnetizm sayəsində cihazları öz səthindən bir neçə santimetr hündürlükdə havada saxlayır.
Eerjidoldurma qurğusu 600 qram ağırlığında qurğunu öz səthindən hündürlüyə qaldıra bilər.
Enerjidoldurma qurğusu iki variantda (smartfon və planşetlər) üçün təklif edilir.
Çatdırma dəstinə enerjidoldurma qurğusundan başqa, bir çox smartfon və planşet modellərini enerji ilə simsiz doldurmağa imkan verən futlyar daxildir. Futlyar “iOS” və “Android” sistemləri ilə işləyən qurğular üçün “Lightning” və ya micro-USB birləşdiricisiylə təchiz edilir. “iPhone 5” və yuxarı modellər dəstəklənir, “Android” üçün futlyarlar isə “Samsung”, “LG”, “Sony” və “Huawei” şirkətlərinin aparatlarına uyğundur.
/İCT.az/