15 Avqust 2016 15:13
1 650
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda sovet hakimiyyəti yenicə qurulan vaxt bolşevik xalq maarif komissarı (naziri) Dadaş Bünyadzadə bəyan etmişdi ki, Azərbaycanda cəmi 63 nəfər ali təhsilli varmış. Onun deməsinə görə, xalqımız savadsız, cahil, qanmaz və mədəniyyətsiz imiş, ruslar bura gələndən sonra biz savadlandıq, "adam olduq"”.

Teleqraf.com xəbər verir ki, bunu tədqiqatçı, professor Ədalət Tahirzadə bildirib.

Ə.Tahirzadə daha sonra bu sahədə apardığı araşdırmanın nəticəsini qeyd edib: “Keçmiş Sovetlər Birliyinin ən müxtəlif şəhərlərinin arxivlərində 20 ilə yaxın apardığımız araşdırmalar nəticəsində Rusiya İmperiyasının və Qərb dövlətlərinin ali məktəblərində oxumuş 774 soydaşımızın adını müəyyənləşdirərək, Oğuztoğrul Tahirli ilə birgə yazdığımız "Azərbaycan Cümhuriyyəti tələbələri" kitabında onların siyahısını verdik. Bu iyul-avqust aylarında Sankt-Peterburq və Qazan şəhərlərinin arxivlərində üzə çıxardığımız materiallar 1920-ci ilədək ali məktəblərdə oxumuş soydaşlarımızın sayını 809-a çatdırdı!”

Bəkir


Müəllif:

Oxşar xəbərlər