18 Avqust 2016 08:53
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müasir smartfonların istehsalı ilə məşğul olan şirkətlər elastik və ya tamamilə şəffaf displey yaratmaqla məşğul olduqları bir vaxtda “Echo” şirkəti məsələyə başqa istiqamətdən yanaşıb.

“Echo” – insan qulağına uyğunlaşdırılmış smartfondur. Adi kvadrat və ya düzbucaqlı smartfonla müqayisədə “Echo” ilə danışmaq daha rahatdır, çünki smartfon qulaq üçün uyğunlaşdırılıb. Bundan başqa, telefonla danışarkən başqa iş görmək lazımdırsa, onda smartfonu çiynin köməyi ilə saxlamağa gərək yoxdur. Belə ki, onu qarnitura çevirərək qulağa taxmaq olar.

Smartfon qeyri-adi damcışəkilli formaya malikdir, adi smartfonla müqayisədə qalın və kiçik ölçülüdür. “Echo” da başqa smartfonlar kimi geniş funksionala və sensor ekrana malikdir.
“ICTnews”


Müəllif:

Oxşar xəbərlər