27 Avqust 2016 08:16
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya arxeoloqları Altay vilayətində Denisov mağarasından sümükdən hazırlanan, 50 min il yaşı olan tikiş iynəsi tapıblar.


Uzunluğu 6 santimetr olan, quş sümüyündən düzəldilmiş bu iynənin saplamaq üçün “gözü” də var.

Alimlər arxeoloji tədqiqatlara əsaslanaraq hesab edirlər ki, tikiş bacarığı 40 min il bundan əvvəl Fransada yaranıb. Amma Altayda aşkar olunan tikiş iynəsi bu fikirləri təkzib edir və arxeologiya elmində bir yenilikdir. (azərtac)


Müəllif:

Oxşar xəbərlər