Türkiyənin Antalya şəhərinin Muratpaşa rayonunda dəhşətli olay yaşanıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, 19 yaşlı Yavuzhan Qebeloğlu mübahisə etdiyi sevgilisi 20 yaşlı Gizem Şolpolı saçından tutaraq, zorla maşına mindirib.
Qebeloğlu avtomobili dənizə tərəf sürməyə başlayıb. Avtomobil dəniz kənarındakı qayalıqdan aşağı düşüb və gənclər faciəvi şəkildə can veriblər. Cütlüyün mübahisə səbəbi məlum deyil.
Elvin