"AnTuTu" resursunda avqustun yekunlarına görə, ən güclü smartfonların yeni reytinqi açıqlanıb.
Teleqraf.com ICTnews-a istinadən xəbər verir ki, siyahıda "OnePlus 3" smartfonu lider olaraq qalır.
İkinci yerdə "vivo Xplay 5 Elite", üçüncü isə "LeEco Le2 Max" qərarlaşıb.
Siyahıda növbəti pillələrdə aşağıdakı smartfonlar qərarlaşıblar:
4. "Nubia Z11"
5. "ZUK Z2 Pro"
6. "Xiaomi Mi5"
7. "Samsung Galaxy S7"
8. "iPhone 6s"
9. "360 Q5 Plus"
10. "HTC 10"