7 Sentyabr 2016 01:35
1 389
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın Uttar Pradeş əyalətinin Kanpur şəhərində qadın 17 günlük bacısı oğlunu xəstəxananın damından tullayıb.

Xoşbəxtlikdən körpə sağ qalıb. O, xəstəxanaya meymunların yaxınlaşmaması üçün qoyulan çəpərə ilişərək havada qalıb. Yerə çaxılmayan uşaq ölməyib.

17 günlük körpə müalicə almaq üçün xəstəxanaya yatırılıb. Gecələr onu "qoruyan" xalası körpəni qısqanaraq xəstəxananın damından atıb. Səhəri gün xəstəxanaya gələn ana körpəsini yerində görməyib. Dəhşətə gələn ana səs-küy salıb. Hər kəs körpənin axtarışı üçün səfərbər olub.

Polislərdən biri həyətdə gəzərkən uşaq səsi eşidib və körpənin çəpərə ilişib qaldığını görüb. Uşağı xilas edənlər xəstəxananın təhlükəsizlik kamerasını incələyiblər. Uşağın anası gördüyü "mənzərə" qarşısında şoka düşüb.

Xala polislər tərəfindən saxlanılıb. O, məhkəmədə verdiyi ifadə ilə hər kəsi heyrətləndirib. Xala ifadəsində deyib: "3 qızım var. Heç oğlan doğa bilməmişəm. Bacım oğlan uşağı doğub deyə onu qısqandım. Çünki ailəmizdə onun daha hörmətli olmasını istəmədim".


Müəllif:

Oxşar xəbərlər