9 Sentyabr 2016 08:15
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanda sürücülük vəsiqəsinin surətini “DigiLocker” adlı mobil proqrama yükləməyə icazə verilib.

Teleqraf.com ICTnews-a istinadən xəbər verir ki, “Sürücülük vəsiqəsi rəqəmli versiyaya keçir” adlanan yeni sistem barədə hindistanlı siyasətçi Ravi Şankar Prasad öz “Twitter” hesabında məlumat paylaşıb.

Yeni sistemdə sürücülər sənədlərin kağız versiyasını öz üzərində daşımalı olmayacaq, sadəcə, smartfonu yol patrul xidməti əməkdaşlarına göstərmək kifayət edəcək.

Mobil proqramda qeydiyyatdan keçmək üçün telefon nömrəsini daxil etmək lazımdır.


Müəllif:

Oxşar xəbərlər