Belarusda fəaliyyət göstərən Yana Mazurkeviç adlı qadın fotoqraf maraqlı layihə hazırlayıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər evrir ki, o, insanlara qarşı təcavüzlərin qarşısını almaq üçün çəkdiyi fotolardan ibarət sərgi açıb.
Məlumatlara görə, Mazurkeviç ABŞ-da təhsil alarkən özü də təcavüzə məruz qalıb. Fotoqrafın fikrincə, o bununla dünya ictimaiyyətinin diqqətini bu məsələyə yönəldə biləcək: "İnsanlara bildirmək sitəyirəm ki, zorakılıq çox pis şeydir və buna biganə qalmaq olmaz".
Elvin