Türkiyənin Bursa şəhərində qurbanlıq buğanın qaçması sosial mediada gündəm olub.
Qurban bayramında kəsilmək üçün bazardan alınan buğa qaçaraq, şəhərin Alemdar məhəlləsini bir-birinə qatıb.
Ən maraqlısı isə buğanı tutmaq üçün məhəllə sakini 56 yaşlı Yavuz Arslanın hərəkətləri olub.
Y. Arslan buğanın önündə dayanaraq, ona karate hərəkətləri göstərib.
Öz hərəkətlərindən danışan Y. Arslan bildirib ki, başqa çarə qalmadığı üçün bunu edib: “Kəmənd atdıq, tuta bilmədik. Mən də buğa ilə göz-gözə gələndə karate hərəkətləri eləməyə başladım. Bu buğaya təsir elədi. Məndən qorxdu bir az. Amma sonra yenə hərəkətə gələrək qaçmağa başladı”.
50 nəfər qaçan buğanı iki saat qovduqdan sonra nəhayət ki, tuta bilib.
Y. Arslan bildirib ki, onun hərəkətləri sosial şəbəkələrdə yayılandan sonra müxtəlif yerlərdən iş təklifləri gəlməyə başlayıb./publika.az/