Rusiyanın Tomsk əyalətində qəribə hadisə yaşanıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, 15 yaşlı Lena U. anasına əyalətdəki kilsələrdən birində keşiş olan Yevgeni atanı sevdiyini deyib.
Yeniyetmənin sözlərinə görə, onlar 3 ildir ki eşq macərası yaşayır. Bununla bağlı azyaşlının anası məlumat verib. O bildirib ki, qızı tez-tez kilsəyə gedirmiş: "Mənə elə gəlirdi ki, onu kilsədə heç bir təhlükə gözləmir. Bir gün qızım mənə bunları etiraf etdi. Polisə şikayət etdim".
Dindirilmə zamanı Lena olanları anladıb: "Keşiş sinəmi gördüyünü və mənə vurulduğunu dedi. Mənə deyirdi ki, sinəni görəndən sonra başa düşdüm ki, sən mənim olacaqsan".
Əyalət polisi 33 yaşlı keşişi saxlayıb. Faktla bağlı istintaq başlanıb.
Elvin