İtaliyada yaşayan dünyanın ən məhur "cinçıxaran"ı 91 yaşlı Peder Qabriele Amorz dünyanısını dəyişib. Teleqraf.com xəbər verir ki, Peder Qabriele Amorz 1925-ci ildə İtaliyanın Modena şəhərində doğulub. 1951-ci ildə Katolik Kilsəsində rahipliyə başlayıb, 1985-ci ildə Roma Piskoposluğunun "cinçıxaran"ı kimi qeydiyyata alınıb.
O, 160 min insan üzərində "cinçıxarma" əməliyyatı həyata keçirib. Beynəlxalq Cinçıxarma Dərnəyinin yaradıcısı olan Peder Amorz qeyri-adi şərhlərilə də tanınır.
Peder 2010-cu ildə "La Repubblica" qəzetinə müsahibəsində "şeytan Vatikanı da vuracaqmı" sualına cavabında "Buna cəhd etdi belə. 1981-ci ildə Ali Ağcayı silahlandıranlar vasitəsilə Papa II Giovanni Paoloya hücum edən şeytan buna bir dəfə cəhd etdi" dedi.
Peder Qabriele Amorza görə, İŞİD-in arxasında şeytan dayanır.
Ruslan