23 Sentyabr 2016 19:25
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Adana vilayətində avtomobilini pritona çevirən kişi həbs edilib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Əxlaq Bürosunun işçiləri fahişəliklə məşğul olan qadınlara zəng edərək görüş təyin ediblər. Qadınlara işarələnmiş pul verən "müştərilər"ə görüş yeri kimi Mustafa adlı şəxsin avtomobili təklif edilib.

Avtomobildə qadınlarla olmaq üçün Mustafa onlardan müəyyən məbləğdə pul alıb. Son anda polis olduqlarını bildirən "müştərilər" qadınları və Mustafanı polis bölməsinə aparıblar. Mustafa məhkəməyə qədər sərbəst buraxılsa da, faktla bağlı cinayət işi açılıb.

Ayxan


Müəllif:

Oxşar xəbərlər