Rusiyanın İrkust bölgəsində qəribə olay baş verib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, 44 yaşlı kişi sevgilisi ilə restoranlardan birində görüşüb. Qadın səhvən sevgilisinə başqa adla müraciət edib. Buna qəzəblənən şəxs qadını evinə aparıb və boğazına zəncir keçirərək, onu istilik sisteminin borusuna bağlayıb.
Bütün gecə boyun döyülən, təhqirlərə məruz qalan qadın səhərə yaxın zəncirdən azad olub və polis bölməsinə müraciət edib. İlkin dindirilmə zamanı kişi bunu qısqanclıqdan etdiyini deyib. Hazırda faktla bağlı istintaq başlanıb. Günahı sübuta yetirilərsə, həmin şəxsi 5 ilə qədər həbs cəzası gözləyir.
Elvin