23 Sentyabr 2016 23:25
1 020
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın müstəqilliyinin 25-ci ildönümü ərəfəsində prezident Serj Sarkisyan İrəvanda keçirilən silsilə tədbirlər çərçivəsində vətəndaşlarla da görüşüb.

Teleqraf.com-un erməni mediasına istinadən verdiyi məlumata görə, Sarkisyan gözlədiyinin əksinə təbrik yox, şikayət eşidib. Hərbçi övladını itirmiş qadın ona ölüm arzulayıb, başqa bir qadın isə işıq pulunu ödəyə bilmədiyi üçün ölkə başçısından pul istəyib.

Övladını itirən qadın qəzəblə “Serj Sarkisyan, sən, ölməlisən. Müstəqillik günündə birinci təbrik edilməli bizik, ancaq bizi yada salan olmadı”.

Serj Sarkisyan isə qadının sözlərinə görə özündən çıxıb və onunla razılaşmadığını deyib.
Başqa bir qadın isə ağlaya-ağlaya prezidentdən 100 min dram (200 dollar) pul istəyib: “İşıq pulunu ödəməsəm, qaranlıqda qalmalı olacağam”.

Sarkisyan vətəndaşlarına çıxışına görə pərt olub və qadına əsəbi şəkildə məsələnin yaxın zamanda həll ediləcəyini vəd edib: “Eşitdim də. Məsələ ilə bağlı göstəriş verdim”.

Kəmalə


Müəllif: