"Mitsu" yeni nəsil SUV-dan xəbər verən yeni krossoverin konseptini təqdim edib. Əlbəttə, o, hibriddir, həm də çox inamlı.
Teleqraf.com auto.az-a istinadən bildirir ki, yenilik "GT-PHEV" adlanır. Biz bütün məlumata malik deyilik, lakin artıq məlumdur ki, hibrid sistem benzin mühərrikdən və üç elektrik mühərrikindən ibarətdir. Burada, həmçinin tam ötürücüyə nəzarət edən "Super All Wheel Control" sistemi var.
Şirkətdən bildirirlər ki, krossover yalnız elektrik aqreqatla 120 km məsafə qət edə bilər, ümumilikdə isə 1200 km. Biz gələn ay yenilik barədə daha ətraflı məlumata malik olacağıq. O, Paris avtosalonunda təqdim ediləcək.