Misirdə 9 yaşlı Amani Muhəmməd Fadil yeni doğulmuş körpəni xilas edərkən öz həyatını itirdi.
Axşam körpə qardaşı ilə gəzintidən evə qayıdan Amaniyə gözlənilmədən yırtıcı heyvan hücum edib. Vəhşi heyvanların bəsləndiyi fermadan qaçan leopard körpəni yemək istəyib. Qız yerə yıxılaraq bədəni ilə körpəni qoruyub. Yırtıcı Amanini parçalasa da, qardaşı salamat qalıb. Leopard polislər tərəfindən zərərsiz güllələnib. Vəhşi heyvanın qaçdığı fermanın rəhbəri həbs edilib.