“Deloitte” şirkətinin təqdim etdiyi yeni Apple təcrübəsi şirkətlərə “iPhone” və “iPad” həllərini yaratmaq və tətbiq etmək məqsədi daşıyır.
“Deloitte Azərbaycan” şirkətindən Teleqraf.com-a bildirilib ki, “Apple” və “Deloitte” şirkətləri sentyabrın 29-da tərəfdaşlıq haqqında saziş bağlayıblar. İki böyük şirkət birgə olaraq müəssisələrə iOS platforması ilə işləyən “iPhone” və “iPad”in iş mühitinə gətirdiyi effektivlik, maksimal güc və təhlükəsizlik vasitəsilə iş üsullarını tez və asanlıqla transformasiya etməyə kömək edəcəklər.
Qeyd olunub ki, əməkdaşlığın bir hissəsi olaraq, “Deloitte” unikal Apple təcrübəsi yaradacaq. Burada 5000-dən çox strateji məsləhətçi şirkətlərə bütün müəssisənin, müştəriyə xidmət göstərən funksiyalardan, xüsusilə pərakəndə satış, sahə xidmətləri və işəgötürmədən tutmuş, araşdırma və inkişaf, inventarın idarə edilməsi və rezerv ofis sistemlərinə qədər iş tərzini dəyişdirməyə yardım edəcəklər.
“Apple” və “Deloitte” həmçinin “Deloitte Consulting”in təklif etdiyi “EnterpriseNext” adlı yeni xidmət xəttinin inkişaf etdirilməsi sahəsində də münasibət quracaqlar. Bu xidmət iş yerində avadanlıq, proqram təminatı və xidmətlərin iOS ekosistemindən tam yararlanması üçün yaradılıb.
Yeni təklif müştərilərə fəaliyyət göstərdikləri sənaye sahəsində ən yüksək təsir imkanlarını üzə çıxarmağa və sürətli test nümunələri vasitəsilə xüsusi həllər yaratmağa kömək edəcək.