2 Oktyabr 2016 22:15
1 144
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Muğla bölgəsində boşanmaq istəyən xanımını fikrindən daşındırmağa çalışan kişi buna nail olmadıqda tapança ilə özünü vurub.

Teleqraf.com-un "Sabah"a istinadən xəbərinə görə, müəllimə işləyən və boşanma qərarı verən xanımı Serap G. ilə söhbət etmək istəyən 41 yaşlı Kadir G. onun övladı ilə birgə yaşadığı evə gəlib. Lakin qadın fikrindən dönməyəcəyini bildirib. Bundan sonra kişi tapançanı çənəsinin altına dirəyərək, atəş açıb. Ağır yaralanan Kadir G. Fəthiyədə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Nihad


Müəllif:

Oxşar xəbərlər