İzmirin Bayraqlı qəsəbəsində qadın öz həyat yoldaşının başına daşla vuraraq öldürüb.
Teleqraf.com türk mediasına istinadən xəbər verir ki, Bəhiyyə adlı qadın 71 yaşlı həyat yoldaşı Süleymanla mübahisə edib. Əsəblərini cilovlaya bilməyən 62 yaşlı qadın həyat yoldaşının başına daşla zərbələr endirib.
Kişi xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Mübahisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Artıq Bəhiyyə polis tərəfindən saxlanılıb.