6 Oktyabr 2016 23:53
1 771
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Haitidə meşələrin sahəsi azaldığı halda qonşu Dominikan Respublikasında meşələr insanları fəlakətdən qoruyur. Haitidə ağacları qırır, sonra yandırırlar. Uşaqlar var ki, ac olduqları üçün ağac yeyirlər".

ABŞ-dakı "The Weather Channel" telekanalında hava proqnozu buraxılışının aparıcısı Cen Delqado canlı yayımda belə deyib.

Delqado həmin buraxılışda Karib regionunun vurmuş "Metyu" qasırğasından bəhs edirdi.

Teleaparıcının bu açıqlaması qalmaqal yaradıb. Bir çox siyasətçilər, o cümlədən Haitinin sabiq baş naziri Loran Lamot bu açıqlamanı qətiyyətlə pisləyib.

"The Weather Channel" telekanalının rəhbəri Devid Klark üzr istəyib.

Daha sonra Delqadonun özü də Facebook profilində üzr istəyib: "Haiti sakinlərinin ağır yaşam şəraitinə, xüsusilə də qasırğanın yaratdığı fəsadlara diqqəti yönəltmək istəyirdim. Təhqiramiz təsir bağışlaya biləcək istənilən ifadəmə görə dərin təəssüf hissi keçirir, üzr istəyirəm"./milli.az/


Müəllif: