7 Oktyabr 2016 08:53
528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əqli mülkiyyətin qiymətləndirilməsi üzrə ixtisaslaşmış beynəlxalq “Interbrand” konsaltinq şirkəti dünyada ən bahalı brendlərin yeni illik reytinqini (“Best Global Brands”) dərc edib. Bu reytinq 17-ci dəfə tərtib edilir. “Apple” şirkəti əvvəlki üç ildə lider olub. Cari ildə də həmin şirkət birinci yeri tutub.

Ekspertlər tədqiqat zamanı brendin dəyərinə təsir edən müxtəlif aspektləri nəzərə alırlar.

“Apple” şirkəti dördüncü il ardıcıl olaraq ən bahalı brend elan edilir. Şirkətin dəyəri 178.1 milyard dollar məbləğində qiymətləndirilir ki, bu da ötən illə müqayisədə 5% daha çoxdur. İ33.3 milyard dollar göstəriciyə malik “Google” şirkəti ikinci yeri tutub. 2012-ci ilədək “Coca-Cola” şirkəti daima birinci yerdə olub.

2016-cı ildə qazlı içkilər istehsalçısı 73.1 milyard dollar göstərici ilə üçüncü olub. İlk beşlikdə, həmçinin “Microsoft” (72.8 milyard dollar) və Toyota” (53.6 milyard dollar) yerləşib.

“Best Global Brands 2016” reytinqində, həmçinin aşağıdakı İT şirkətləri yer alıb: “IBM” (6-cı yer, 52.5 milyard dollar), “Samsung” (7-ci yer, 51.8 milyard dollar), “Amazon” (8-ci yer, 50.3 milyard dollar), “Intel” (14-cü yer, 36.9 milyard dollar), “Cisco” (16-cı yer, 30.9 milyard dollar), “Oracle” (17-ci yer, 26.6 milyard dollar), “SAP” (22-ci yer, 21.3 milyard dollar), “Canon” (42-ci yer, 11.1 milyard dollar), “Hewlett Packard Enterprise” (44-cü yer, 11 milyard dollar), “HP Inc.” (48-ci yer, 10.4 milyard dollar), “Adobe” (63-cü yer, 7,6 milyard dollar), “Panasonic” (68-ci yer, 6.4 milyard dollar) və “Huawei” (72-ci yer, 5.8 milyard dollar).
“Facebook” sosial şəbəkəsi ən yüksək artım nümayiş etdirib, brendin dəyəri 48% artaraq 32.6 milyard dollar təşkil edib və reytinqdə 15-ci yerdə qərarlaşıb.


Müəllif:

Oxşar xəbərlər